“Cocuq Mərcanlıda ilk qəsəbə Qurtuluş günündə istifadəyə veriləcək”
Tarix: 03-04-2017 | Saat: 12:41
Bölmə:Siyasət / Manşet | çapa göndər
"İlkin mərhələ üçün Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 ayayekunlaşacaq, mayda başa çatacaq. Eyni zamanda kənddə Şuşaməscidinin analoqu olan məsciddə tikiləcək”.
AİA.az-ın APA-ya istinadən məlumatına görə, bunuCəbrayılrayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənovbildirib.Ə. Həsənov Cocuq Mərcanlıda ilk qəsəbənin açılışının 15 iyun -Qurtuluş günündəbaş tutmasının nəzərdə tutulduğunu açıqlayıb: "Mən inşaatçılardan işlərin daha sürətlə həyata keçirilməsini xahiş etdim. İnşaatçılar nə mümkündürsə, edirlər. 10-15 günə bu işlər görülübsə, böyük nəticədir. Heç bir yerdə insanlar belə həvəslə işləmirlər. Bu kəndin ab-havası, qayıdış prosesdə tikintinin sürətinə təsir edib”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən,Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədargörüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024