Mobil versiya
Aprel şəhidinin xatirəsi əbədiləşdirildi - Fotolar
Tarix: 03-04-2017 | Saat: 11:57
Bölmə:Gündəm / Karusel | çapa göndər

Aprel şəhidinin xatirəsi əbədiləşdirildi - Fotolar



Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Sumqayıt şəhərində yaşadığı binaya barelyefi vurulub.

AzVision.az xəbər verir ki, bu gün barelyefin açılış mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, qohumları və hərbçi yoldaşları iştirak edib.



Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışov ötən ilin aprelində baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb. Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024