Mobil versiya
Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək
Tarix: 03-04-2017 | Saat: 10:47
Bölmə:Gündəm / Manşet | çapa göndər

Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək



Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası aprelin 7-də keçiriləcək.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 40 məsələ daxildir.

Bunlar Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il üzrə illik hesabatı, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyası, "Siyasi partiyalar haqqında”, "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”, "Veteranlar haqqında”, "Təhsil haqqında”, "Banklar haqqında”, "Dövlət borcu haqqında” və daha bir neçə qanuna dəyişiklik, "Cinayət, İnzibati Xətalar, Seçki, Mülki Prosessual və Miqrasiya məcəllələrinə dəyişikliklərlə bağlıdır.

Qeyd edək ki, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il üzrə illik hesabatını Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024