FHN metroda təlim keçirdi - Video
Tarix: 04-08-2026 | Saat: 12:13
Bölmə:Ölkə | çapa göndər

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC metronun “8 Noyabr” və “Memar Əcəmi" stansiyalarında taktiki-xüsusi təlim keçirib.
“aia.az” xəbər verir ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili”ndən ibarət olub.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “8 Noyabr” və “Memar Əcəmi" stansiyaları arası 2-ci yol mənzilində şərti qısaqapanmadan “yanğın” baş verməsi barədə “məlumat daxil olub”, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər ilkin yardım” göstərilməklə təxliyə olunublar.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 43 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-08-2026
03-08-2026