Mobil versiya
Ucuz populizmin miskin fiaskosu
Tarix: 6-10-2015, 15:18 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Ucuz populizmin miskin fiaskosu
Müasir dövrümüzdə populizm xəstəliyinə düçar olanların sayı durmadan artmaqdadır. Birisi çox yeməklə, bir başqası yorğa yeriməklə, digəri çürük, çeynənilmiş fikirlərini cəmiyyətə sırımağa cəhd etməklə, daha nə bilim hansı əllaməliklərdən çıxmaqla populyarlıq qazanmaq sevdasına düşüb. “Ginnesin” rekordlar kitabına düşmək üçün dəridən-qabıqdan çıxanlar ətrafdakıların tənə, qınaq, gülüş hədəfinə tuş gəldiklərindən görəsən doğrudanmı xəbərsizdirlər? Mənəvi sağlamlığımızı şikəst etmək yolu tutan özündən müştəbehlərin özlərindən razı, məmnun görünmələrini də anlayışla qarşılamaq gərəkdir.
Özünü düzlük, təmizlik rəmzi kimi qələmə verənlər isə güzgü qabağında durub özlərinə diqqət yetirsəydilər bəlkə də atdıqları yanlış addımlardan geri durardılar.
Düzü əyri, yaxşını köntöy, yöndəmsiz görməsi bir yana, yersiz fikir və düşüncələri ilə paklıq, təmizlik rəmzi kimi tanınmaq arzusu adını hüquqşünas, vəkil qoymuş Aslan İsmayılova dividentgətirə biləcəkmi? Zərrəbinlə, “ekspert” gözü ilə, saflıq etalonu kimi yerli-yersiz hər bir məsələyə “quş” qoymaq vərdişinə onun tək yiyələnmək heç də hər kəsə nəsib olan “xoşbəxtlik” deyil. Bu gün Milli Məclisə deputatlığa namizədliyini irəli sürən tanınmış vəkil təəccüblü də olsa “saxtakarlıqla” mübarizə adı altında əməlli-başlı şou göstərməkdədir. Əcaba, aidiyyatı dövlət qurumları öz səlahiyyətlərini onamı həvalə etmişlər? Son vaxtlar onun feysbuk “qəhrəmanına” çevrilərək Bakının Sabunçu ryon İcra Hakimiyyəti başçısı Adil Vəliyev və onun komandsına müharibə elan etməsi cəmiyyətdə haqlı olaraq təəccüb və acı təəssüf hissi ilə qarşılanmaqdadır. Populyarlıq həvəsi onda gündəmi özünün qeyri-səmimi, yersiz və əsassız fikirləri ilə zəbt etmək istəyi yaratmışdır. Əvvəla Sabunçu rayonundakı son illərin quruculuq ab-havası, dövlət başçısının tövsiyyə və göstərişlərinin həyata keçirilməsi yolunda atılan möhtəşəm addımlar sakinlər tərəfindən təqdir edilməkdədir. Elə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının əsaslı təmirdən sonra 15 sentyabrda şagird və müəllimlərin istifadəsinə verilmiş 148 saylı tam orta məktəbdə olması rayon rəhbərliyinə olan etimad və inamın əyani göstəricisidir. Bəli, rayonda yeni təhsil ocaqları, uşaq bağçaları, səhiyyə müəssisələri tikilir, əsaslı təmir olunur, parklar salınır, yollar abadlaşdırılır, sosial, ictimai tikililər, çoxmərtəbəli, müasir memarlıq üslubunun ən yaxşı cəhətlərini özündə ehtiva edən yeni yaşayış binaları sakinlərin istifadəsinə verilməkdədir.
RİH başçısı sakinlərlə səyyar görüşlər keçirir, ağsaqqalları dinləyir, insanların problem və ehtiyaclarının, üzləşdikləri çətinliklərin həlli istiqamətində öz əməli köməkliyini əsirgəmir.
RİH-nə üz tutan hər kəs diqqət və qayğı ilə qəbul edilir.
RİH-nin hüquqşünasları və digər mütəxəssisləri tərəfindən hər bir məsələ diqqətlə və dəqiqliklə öyrənilir, optimal həlli yolları araşdırılır. Hüquqşünas dedim, Aslan İsmayılovun Sabunçu rayon İH-nın hüquq-məsləhətçisi Rafael Abdullayev haqqında yazdıqları yadına düşdü. Guya R.Abdullayevin ali hüquq təhsili olmasını təsdiqləyən diplomu saxta imiş. Ölkədə hər hansı saxtakarlıq əməlini araşdırıb həqiqəti ortaya qoya biləcək müvafiq qurumlar vardır. Və onlar tərəfindən, xüsusən də təhsildə baş vermiş diplom saktakarlıqları, bu məsələdə iştirakçı olan ali təhsil müəssisələri və vəzifəli şəxslər barəsində lazımi ölçü götürülməsi ilə bağlı yaxın keçmişdə baş vermiş olaylar hər kəsin yaxşı yadındadır. Bir neçə özəl ali təhsil ocağının rəhbərləri həbs olundu, qanundan yaxasını xilas etməkdən ötrü xaricdə sığınacaq tapanlar da hər kəsə yaxşı bəllidir. Respublikamızda belə qanunsuzluq halları ilə son dərəcə barışmaz mübarizə aparıldığı heç kəsə sirr deyil. Bu, dövlət başçısının iradəsidir, ölkədə korrupsiyaya və digər neqativ hallara qarşı mübarizənin tərkib hissəsidir. Amma doğrunu, dürüstü şərləməklə heç nəyə nail olmaq mümkün deyil. Boğazdan yuxarı danışmaq lüzumsuz və yersizdir. “Ədalət carçısını” qane etməyən burada nədir axı?
Aslan İsmayılovun Vəkillər Kollegiyasından çıxarılmasının özü də sıradan bir hadisə sayıla bilməzdi. Onun vəkillik nüfuzuna zərbə vuran bu faktorun səbəbləri də düşüdürücüdür. Düşündürücü, həm də hörmətli vəkilin ziyanına olan amillər sırasında Sabunçu rayon ictimaiyyətinin, xüsusən də gənclərin bu məsələ ilə bağlı sosial şəbəkələrdə A.İsmayılovu qınaq hədəfinə çevrilmələridir. Bu yazılarda Sabunçu rayonunun sosial-iqtisadi, mədəni yüksəlişindən, əldə edilən uğurlardan, nailiyyətlərdən söhbət açılmsı da A.İsmayılovu fakt qarşısında qoyan amillər sıralsındadır.
Sabunçu RİH rəhbərliyi öz mükəmməl, praqmatik, operativ komandası ilə qarşıya qoyduğu başlıca strateji xətti uğurlu sonluqla başa vurmaq üçün son dərəcə əzmkar, inamlı və tədbirli görünür. Ucuz populuzmin miskin fiasko ilə sonuclanacağı isə heç kəsə sirr deyil.
Nadir
Aia.az
Ucuz populizmin miskin fiaskosu



5620 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930