Mobil versiya
Brüsseldən İrəvana strateji dəstək: Azərbaycan sərhədindən Türkiyəyədək yeni nəqliyyat marşrutları hazırlanır
Tarix: 24-06-2026 | Saat: 20:04
Bölmə:Özəl | çapa göndər

Brüsseldən İrəvana strateji dəstək: Azərbaycan sərhədindən Türkiyəyədək yeni nəqliyyat marşrutları hazırlanır


Avropa İttifaqı Ermənistanın regional nəqliyyat infrastrukturunun inkişafı istiqamətində yeni təşəbbüsə start verib. Brüsseldə imzalanan memorandum çərçivəsində Ermənistan-Azərbaycan sərhədindən başlayaraq Ermənistan-Türkiyə sərhədinədək uzanan strateji avtomobil yollarının hazırlanmasına texniki və məsləhətçi dəstək göstəriləcək.

Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Khudatyan məlumat verib.

Məlumata görə, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, European Commission və European Investment Bank arasında niyyət memorandumu imzalanıb.

Layihənin ilkin mərhələsində Avropa İnvestisiya Bankı yol marşrutları üzrə texniki araşdırmaların aparılması, iqtisadi əsaslandırmaların hazırlanması və mümkün həll yollarının müəyyənləşdirilməsi istiqamətində Ermənistana ekspert dəstəyi göstərəcək.

Təşəbbüs çərçivəsində iki əsas strateji marşrut diqqət mərkəzindədir:

"Axurik – Kayan" avtomobil yolu (212 kilometr)
"Marqara – Kayan" avtomobil yolu (258 kilometr)


Bu yolların Azərbaycan sərhədindən başlayaraq Türkiyə sərhədinədək uzanması və sərhəd-keçid məntəqələrinin Ermənistanın daxili yol şəbəkəsinə inteqrasiyası nəzərdə tutulur.

Layihə Avropa İttifaqının "Şərq Tərəfdaşlığının Bağlılığa İnvestisiya" (EPIC) proqramı çərçivəsində həyata keçiriləcək. Brüsseldə imzalanan sənəd həmin proqram üzrə məsləhətçi xidmətlərinin rəsmi başlanğıcı hesab olunur.

Ekspertlərin fikrincə, bu addım Ermənistanın regional nəqliyyat əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına çıxış imkanlarının artırılması və gələcək logistik marşrutların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin reallaşması eyni zamanda Cənubi Qafqazda nəqliyyat və kommunikasiya imkanlarının genişlənməsi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2026