"İlahiyyat" məscidi bağlanır? - Rəsmi AÇIQLAMA
Tarix: 31-03-2017 | Saat: 15:26
Bölmə:Gündəm | çapa göndər
"İlahiyyat" məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcək. Həmin məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir.
AİA.Az xəbər veir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov deyib.
Ə.Zülfüqarov xatırladıb ki, Bakının Yasamal rayonunda yerləşən məscid 1993-cü ildən fəaliyyət göstərir: "Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində inşa olunmuş bu məscidin hüquqi ünvanı müəyyənləşdirilib, məscid binası Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib.
"İlahiyyat" məscidində yeni yaradılmış islam kolleclərində və digər dini təhsil müəssisələrində oxuyan tələbələrin praktiki təcrübə keçmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin "Tədris Mərkəzi"nin yaradılması da nəzərdə tutulub".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024