Mobil versiya
Hacı Şahin metroda öpüşmədən danışdı: "Ən əxlaqsız qadının belə..."
Tarix: 30-03-2017 | Saat: 17:59
Bölmə:Gündəm | çapa göndər

Hacı Şahin metroda öpüşmədən danışdı: "Ən əxlaqsız qadının belə..."



Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərə etirazı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələyə fərqli yanaşmalar ortaya qoyulub.

Bəs görəsən, ictimai yerlərdə sevgi hissini aşkar büruzə vermək dində necə qəbul olunur?

AİA.Az apa.tv-yə istinadən xəbər verir ki, ilahiyyatçı Hacı Şahin Həsənli məsələnin dində necə qarşılandığını bildirib: "Düzdür, biz azad cəmiyyətdə yaşayırıq və insanlar seçimlərində azaddır. Amma cəmiyyətdə qəbul olunan qaydalar var. O gənclərə izah etmək lazımdır ki, metro bu işlər üçün münasib yer deyil. Bu günahdır. İnsanın intim hərəkətləri cəmiyyət içərisində etməsi dini nöqteyi-nəzərdən günah sayılır".

O ki, qaldı müzakirə prosesində insanların bir-birini təhqir etməsinə: "Bir insan səhv edirsə, onu tənqid etdiyimiz zaman biz də növbəti səhvi etməməliyik. Qeyri-etik davranan insanı biz də qeyri-etik tərzdə tənqid etməməliyik. Heç bir halda insanların şəxsiyyətini tənqid etmək olmaz. Ən qatı cinayətkarın, ən əxlaqsız insanın belə təhqir etməyə haqqımız yoxdur! İstənilən insanın şəxsiyyəti toxunulmazdır. Din də şəxsiyyətin toxunulmazlığını təsdiq edir. Hər hansı müzakirə dözümlülük tələb edir. Əxlaqsızlıqla əlxaqsız tərzdə mübarizə aparmaq olmaz".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə