Mobil versiya
Xəzərdə Azərbaycanın xüsusi gəmiləri üzəcək
Tarix: 30-03-2017 | Saat: 15:12
Bölmə:Gündəm / Manşet | çapa göndər

Xəzərdə Azərbaycanın xüsusi gəmiləri üzəcək



Xəzər dənizinin Azərbaycan sularında yanğın əleyhinə, yanğın hadisələrinin qarşısını alaraq təhlükəsizliyi təmin edən xüsusi və ən müasir gəmilərin istismarı nəzərdə tutulub.

AİA.az xəbər verir ki, bunu Report-a açıqlamasında Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoruGennadi Yeqorovbildirib.

"Biz "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) ilə əməkdaşlıq edirik və gələcək üçün birgə planlarımız var. Bu gəmilər Xəzərdə istənilən hava şəraitində yanğının qarşısını alıb, söndürə və insanları xilas edə bilər. Belə gəmilər Xəzər üçün çox önəmli su nəqliyyat vasitələridir”, - deyə G.Yeqorov qeyd edib.

Onun sözlərinə görə, AXDG həmçinin tankerlər, kran-montaj gəmiləri, təchizat gəmiləri də almağı planlaşdırır: "Bu planlar eskiz şəklində mövcuddur və gəmçiliyin dəniz parkının genişlənməsi dövlət maliyyəsi hesabına həyata keçirilir”.

Xatırladaq ki, hazırda Bakı Gəmiqayırma Zavodunda odessalı mütəxəssislərin də iştirakı ilə 132 mln. manat dəyərində iki unikal gəmi-bərə tikilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə