Nazirlikdən təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq
Tarix: 30-03-2017 | Saat: 12:42
Bölmə:Gündəm / Manşet | çapa göndər
Martın 31-də Bakı və Abşeron yarımadasında buludlu havaşəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-7° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edilib. Martın 31-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Tibbi-meteoroloji xəbərdarlıa gəlincə, martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.
AIA/az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024