Mobil versiya
Şuşadan dünyaya verilən sülh və əməkdaşlıq mesajı
Tarix: 16-07-2026 | Saat: 09:00
Bölmə:Siyasət | çapa göndər

Şuşadan dünyaya verilən sülh və əməkdaşlıq mesajı

IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi fikirlər ölkəmizin prinsipial mövqeyini və gələcəyə hesablanmış siyasətini əks etdirdi.

Şuşanın belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. İşğaldan azad olunmuş bu qədim şəhər bu gün yenidən həyatla dolur, beynəlxalq görüşlərin, mədəni və siyasi tədbirlərin keçirildiyi mühüm məkana çevrilir.

Forum iştirakçılarının geniş coğrafiyanı əhatə etməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Burada aparılan müzakirələr media əməkdaşlığı ilə yanaşı, regional təhlükəsizlik, informasiya mühiti və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Şuşadan dünyaya verilən bu mesaj aydındır: Azərbaycan sülhə, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir. Məhz bu siyasət ölkəmizin beynəlxalq mövqeyini gündən-günə daha da möhkəmləndirir.

Balabəy Balabəyov
Siyəzən Rayon Ağsaqqallar Şurasının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2026