Azərbaycan–Avropa İttifaqı əlaqələri yeni inkişafa doğru
Tarix: 07-07-2026 | Saat: 11:19
Bölmə:Siyasət | çapa göndər

Beynəlxalq münasibətlər sistemi sürətlə yenilənir, yeni siyasi və iqtisadi güc qütbləri meydana çıxır. Müasir mərhələdə dövlətlərin qlobal proseslərdəki çəkisi artıq yalnız hərbi qüdrət və iqtisadi imkanlarla deyil, eyni zamanda onların etibarlılığı, strateji mövqeyi və təşəbbüskarlıq səviyyəsi ilə müəyyən olunur. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan artıq təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının siyasi və iqtisadi tarazlığına təsir göstərən əsas aktorlardan birinə çevrilib.
Cənab Prezident İlham Əliyevin iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatı da məhz bu reallığın aydın siyasi ifadəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi tərəfdaşlıq müstəvisinə keçməkdədir. Bu gün Avropa ilə Azərbaycan arasında formalaşan əlaqələrin əsasında yalnız iqtisadi maraqlar deyil, həm də dəyişən beynəlxalq nizamın doğurduğu yeni ehtiyaclar dayanır. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, yaşıl iqtisadiyyatın inkişafı və regional sabitliyin təmin olunması kimi məsələlər Azərbaycanı Avropa üçün əvəzsiz tərəfdaşlardan birinə çevirib.
Əslində, Azərbaycanın geosiyasi əhəmiyyətinin artması uzunmüddətli və məqsədyönlü dövlət strategiyasının məntiqi nəticəsidir. Son iyirmi il ərzində həyata keçirilən enerji siyasəti, beynəlxalq nəqliyyat layihələri və müstəqil xarici siyasət xətti ölkəmizi Avrasiya məkanının mühüm bağlantı mərkəzinə çevirib. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, Avropa İttifaqı ilə münasibətlərdə son illər görünməmiş dinamika müşahidə edilir. Bu ilin müxtəlif dövrlərində Avropa İttifaqının ən yüksək səviyyəli rəsmilərinin Bakıya səfərləri onu göstərir ki, Brüssel artıq Cənubi Qafqaz siyasətini Azərbaycan reallıqları əsasında formalaşdırmağa üstünlük verir.
Bu yanaşmanın başlıca səbəblərindən biri Azərbaycanın regionda sabitlik yaradan dövlət kimi çıxış etməsidir. Uzun illər davam edən münaqişənin sona çatdırılması və dövlət suverenliyinin tam şəkildə bərpa olunması Cənubi Qafqazda yeni siyasi mühit formalaşdırıb. Artıq bölgədə təhlükəsizlik arxitekturası fərqli prinsiplər əsasında qurulur və bu prosesin əsas müəllifi məhz Azərbaycandır.
Dövlət başçısının bəyanatında diqqət çəkən mühüm məqamlardan biri də Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesinin real nəticələr verməsi ilə bağlı idi. Vaşinqtonda əldə olunmuş razılaşmalar və paraflanmış sülh sazişi bölgədə uzunmüddətli sabitliyin formalaşması üçün yeni imkanlar yaradır. Azərbaycanın birtərəfli şəkildə həyata keçirdiyi humanitar və iqtisadi addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının Ermənistana ixracı göstərir ki, Bakı regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görür. Bu isə yeni Cənubi Qafqaz modelinin əsas siyasi fəlsəfəsidir.
Əgər əvvəlki dövrlərdə bölgə böyük güclərin rəqabət meydanı kimi çıxış edirdisə, bu gün Azərbaycan onu qarşılıqlı maraqlar, əməkdaşlıq və iqtisadi inteqrasiya məkanına çevirmək istiqamətində mühüm addımlar atır. Avropa İttifaqının bu proseslərə müsbət yanaşması isə regionun gələcəyi ilə bağlı ortaq baxışların formalaşdığını göstərir. Brüssel üçün sabit və təhlükəsiz Cənubi Qafqaz enerji təhlükəsizliyi, logistika marşrutları və yeni iqtisadi perspektivlər baxımından xüsusi strateji əhəmiyyət kəsb edir. Elə buna görə də Azərbaycan Avropanın yeni geosiyasi xəritəsində özünəməxsus yer tutur.
Bu gün Avropa İttifaqının enerji təchizatında Azərbaycanın rolunun artması yalnız iqtisadi göstərici deyil, eyni zamanda siyasi etimadın ifadəsidir. On Avropa ölkəsinin Azərbaycan qazından istifadə etməsi və bu coğrafiyanın getdikcə genişlənməsi ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
XXI əsrin geosiyasəti artıq təkcə enerji resursları üzərində qurulmur. Yeni mərhələnin əsas göstəricilərindən biri də nəqliyyat-kommunikasiya imkanlarıdır. Bu baxımdan Azərbaycan Avrasiyanın mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz qlobal ticarət axınlarının vacib iştirakçısına çevrilib. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin strateji əhəmiyyəti sürətlə yüksəlir və Azərbaycan bu marşrutun əsas təminatçısı rolunu oynayır. Bakı limanı, müasir dəmir yolu infrastrukturu və region dövlətləri ilə qurulan əməkdaşlıq platformaları ölkəmizi Avropa ilə Asiya arasında etibarlı körpüyə çevirib. Bu isə Azərbaycanın geosiyasi mövqeyini gücləndirən əsas amillərdən biridir.
Dövlət başçısının bəyanatında yer alan yaşıl enerji ilə bağlı məsələlər isə gələcəyin siyasi və iqtisadi münasibətlərinin başlıca istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın yaxın illərdə səkkiz giqavatlıq günəş və külək enerjisi istehsal etməyi planlaşdırması ölkənin enerji strategiyasında yeni mərhələnin başlanğıcı deməkdir. Bu, sadəcə iqtisadi layihə deyil, eyni zamanda geosiyasi transformasiyanın mühüm tərkib hissəsidir. Çünki gələcəkdə yaşıl enerji resursları uğrunda rəqabət ənənəvi enerji bazarları qədər əhəmiyyət daşıyacaq. Azərbaycan isə bu prosesdə də qabaqcıl mövqelərdən birini tutmağa hazırlaşır.
Bütün bunların fonunda aydın görünür ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yeni regional güc mərkəzinin formalaşmasına xidmət edir. Bu güc mərkəzi hərbi qarşıdurma üzərində deyil, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat inteqrasiyası və davamlı sülh prinsipləri üzərində qurulur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycan bu gün qlobal proseslərin sadəcə müşahidəçisi deyil, onların istiqamətini müəyyən edən əsas iştirakçılardan biridir.
Cənubi Qafqazın gələcəyi də məhz bu yeni siyasi reallıqlar əsasında formalaşır. Tarixin müxtəlif mərhələlərində böyük güclərin maraqlarının toqquşduğu bir coğrafiya olan Cənubi Qafqaz artıq yeni dövrə qədəm qoyur. Bu dövrün əsas siyasi ideyası isə ərazi iddialarından, münaqişələrdən və qarşıdurmalardan uzaq, əməkdaşlıq və tərəfdaşlıq regionunun qurulmasıdır. Məhz Azərbaycanın təşəbbüsləri və uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqaz gələcəyin yeni geosiyasi əməkdaşlıq məkanına çevrilməkdədir.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026