Mobil versiya
XƏBƏRDARLIQ: Bu gündən bu ərazilərdə avtomobil saxlamayın!
Tarix: 27-03-2017 | Saat: 17:34
Bölmə:Gündəm | çapa göndər

XƏBƏRDARLIQ: Bu gündən bu ərazilərdə avtomobil saxlamayın!




Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 23-25 iyunda paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.

Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək, baryer quraşdırma işləri aparılacaq. Paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024