Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib
Tarix: 19-06-2026 | Saat: 16:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir Prezident İlham Əliyev tərəfindən ona "Dostluq" ordeninin təqdim edilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib.
aia.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən IsDB Qrupunun 51-ci illik toplantısının yekun mətbuat konfransında bildirib.
"Bütün IsDB Qrupu adından cari ilin iclaslarının təşkilində göstərilən yüksək himayəyə görə Prezident İlham Əliyevə səmimi və dərin minnətdarlığımı bildirmək istəyirəm. Zati-aliləri Prezidentin əlindən fəxri "Dostluq" ordenini almaqdan dərindən mütəəssirəm və bunu özüm üçün böyük şərəf hesab edirəm.
Bu mükafatı mən şəxsi nailiyyətim kimi deyil, IsDB Qrupundakı bütün komandamızın işə sadiqliyinin və yorulmaz əməyinin təqdiri kimi qəbul edirəm. Bu ali mükafat haqlı olaraq onlara məxsusdur və o, missiyamızı bundan sonra da yerinə yetirmək, iştirakçı ölkələrə xidmət etmək və bizə ümid bəsləyən icmalara dəstək olmaq üçün kollektiv qətiyyətimizi əhəmiyyətli dərəcədə gücləndirir", - M.Əl-Casir vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-06-2026