Novruzəli Aslanov: “Azərbaycanın sabitlikdən strateji gücə aparan yeni inkişaf mərhələsinin əsas istiqamətləri dünya ölkələri tərəfindən diqqətlə incələnir”
Tarix: 19-06-2026 | Saat: 11:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

“İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq sistemində artan rolunun növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər göstərir ki, ölkənin bugünkü inkişaf səviyyəsi qısa müddətdə əldə olunmuş təsadüfi nəticə deyil. Bu mərhələ müstəqilliyin ilk illərində yaşanan ağır sınaqlardan başlayaraq, sabitliyin təmin edilməsi, iqtisadi transformasiya və strateji layihələrin ardıcıl həyata keçirilməsi ilə formalaşmış uzun inkişaf yolunun məntiqi yekunudur. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan cəmi 35 ildir müstəqil dövlətdir və bu dövrün ilk iki ili işğal, müharibə və humanitar fəlakətlərlə müşayiət olunub. Belə mürəkkəb başlanğıcdan sonra ölkənin sabit inkişaf mərhələsinə keçməsi müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri hesab edilə bilər. Çünki hər bir dövlət üçün davamlı inkişafın əsas şərti məhz siyasi və ictimai sabitlikdir. Bu gün Azərbaycanda mövcud olan siyasi, iqtisadi və sosial sabitlik həyata keçirilən dövlət siyasətinin səmərəliliyini göstərən başlıca amillərdən biridir. Məhz sabit mühit uzunmüddətli layihələrin icrasına, investisiya mühitinin yaxşılaşmasına və iqtisadi potensialın genişlənməsinə əlverişli şərait yaradıb.”
Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a açıqlamasında yer alıb.
Millət vəkili qeyd edib ki, son illər ərzində Azərbaycanın qlobal enerji məkanında qazandığı mövqe də bu strategiyanın mühüm nəticələrindəndir: “Ölkəmiz artıq yalnız enerji resurslarına malik dövlət deyil, həm də iri enerji infrastruktur layihələrinin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Reallaşdırılan beynəlxalq layihələr Avrasiya məkanında enerji əməkdaşlığının genişlənməsinə, müxtəlif ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verib. Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz beynəlxalq münasibətlər sistemində ölkənin siyasi çəkisini də artıran əsas amillərdən birinə çevrilib. Bununla yanaşı, Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. Dövlət başçısı bu istiqamətdə artıq real nəticələrin əldə olunduğunu qeyd etsə də, prosesin davam etdirilməsinin vacibliyini vurğuladı. Bu yanaşma onu göstərir ki, ölkənin iqtisadi inkişaf modeli yalnız enerji sektoruna əsaslanmır. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat və digər qeyri-neft sahələrinin inkişafı iqtisadi dayanıqlığın gücləndirilməsinə xidmət edir. Müasir dövrdə rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılması məhz bu çoxşaxəli inkişaf modelindən keçir. Dövlət başçısının Azərbaycan üzərindən daşınan yüklərin həcmini iki dəfə artırmaq məqsədini bəyan etməsi logistika sektorunun gələcək inkişaf prioritetlərini aydın şəkildə ortaya qoyur. Bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri ölkənin tranzit potensialını artırmaqla yanaşı, qeyri-neft iqtisadiyyatının inkişafına da mühüm töhfə verəcək” – deyə, Novruzəli Aslanov açıqlamasını yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-06-2026
10:19 Xankəndiyə qayıdırlar