Mobil versiya
ABT Audi R8-i daha yüngül və güclü edib - FOTO
Tarix: 21-03-2017 | Saat: 11:54
Bölmə:Media | çapa göndər

ABT Audi R8-i daha yüngül və güclü edib - FOTO







ABT tüninq-atelyesi Audi R8 V10 plus üçün növbəti təkmilləşdirmə paketi hazırlayıb. Bunun sayəsində model daha güclü və yüngül alınıb. Yenilik ilk dəfə Cenevrə avtosalonunda təqdim edilib.

Aia.Az auto.az-a istinadən bildirir ki, superkarı poladdan hazırlanmış yeni qaz buraxma sistemi ilə təchiz ediblər. Bunun sayəsində modelin gücü 610-dan 630 a.g.-dək artıb. ABT-də Audi R8 V10 plus üçün, həmçinin aerodinamik asma, yeni təkərlər, tənzimlənən amortizatorlar hazırlayıblar. Modelin çəkisi 50 kq azalaraq 1580 kq olub.

Audi R8 üçün təkmilləşdirmə paketinin qiyməti və təkmilləşdirilmiş versiyanın dinamikası barədə məlumat hələlik verilmir. Baza variantında olan 610-güclü ikiqapılı yerindən 100 km/saata 3,2 saniyəyə sürətlənir. Modelin maksimal sürəti 330 km/saatdır.

Bununla yanaşı, alman tüninq-atelyesinin Cenevrədəki stendində şirkətin digər yeni layihələri təqdim ediib. Bu layihələr Audi TT RS, Audi SQ7 və Audi RS6 Avant performance-ın bazasında yığılıb


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə