Ramil Tağıyev: “15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir”
Tarix: 14-06-2026 | Saat: 11:10
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan xalqının müasir tarixində taleyüklü hadisələrdən biri olan 15 İyun – Milli Qurtuluş Günü dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkədə siyasi sabitliyin bərqərar edilməsi və davamlı inkişaf strategiyasının əsasının qoyulması ilə səciyyələnir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, eyni zamanda Azərbaycan dövlətinin parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edilməsinin, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin simvoludur. 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb və ağır sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam edir, ölkədə siyasi qarşıdurmalar dərinləşir, iqtisadi tənəzzül hökm sürürdü. Dövlət idarəçiliyində yaranmış boşluq, silahlı qrupların fəallaşması və separatizm meyilləri ölkənin gələcəyini ciddi təhlükə altında qoymuşdu. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq və ölkəni böhrandan çıxarmaq missiyasını öz üzərinə götürdü.”
Bu sözləri aia.az-a açıqlamasında "Təhsil" Respublika İdman Mərkəzinin Şirvan şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ramil Tağıyev deyib.
Fikirlərini davam etdirən müsahibimiz 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi həyatında yeni mərhələnin başlandığını vurğulayıb: “Məhz həmin gündən etibarən dövlətçiliyin xilası prosesi başladı, vətəndaş qarşıdurmasının qarşısı alındı, sabitlik təmin edildi və ölkənin inkişaf strategiyası müəyyənləşdirildi. Sonrakı illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, iqtisadi islahatlara start verildi və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi. Ulu Öndər Heydər Əliyevin xidmətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Onun Azərbaycan idmanının inkişafında da misilsiz rolu olmuşdur. Hələ sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni idman qurğularının tikilməsi və gənclərin sağlam həyat tərzinə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdi. Müstəqillik illərində isə bu siyasət daha sistemli xarakter aldı. Heydər Əliyev idmanı dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyənləşdirdi, idmançıların sosial müdafiəsinin gücləndirilməsinə, beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirdi. Onun təşəbbüsü ilə milli idman federasiyalarının fəaliyyəti genişləndirildi, olimpiya hərəkatının inkişafına dəstək verildi və ölkədə müasir idman infrastrukturu formalaşdırılmağa başlandı. Bu gün Azərbaycanın beynəlxalq arenada qazandığı idman uğurlarının, Olimpiya Oyunlarında əldə olunan nailiyyətlərin və ölkəmizin nüfuzlu idman yarışlarına ev sahibliyi etməsinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır. Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi Ulu Öndərin uzaqgörən siyasətinin və gənclərə göstərdiyi diqqətin parlaq nəticəsi kimi qiymətləndirilir. Milli Qurtuluşdan sonra formalaşdırılan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın iqtisadi qüdrətinin artması, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq layihələrdə mühüm tərəfdaş kimi tanınması və ən nəhayət, ərazi bütövlüyünün bərpa olunması məhz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının nəticələridir. Xüsusilə 2020-ci ildə əldə edilən tarixi Zəfər və sonrakı dövrdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Milli Qurtuluş ideyalarının real təzahürü kimi dəyərləndirilir. Bu gün 15 İyun Azərbaycan xalqı tərəfindən dərin ehtiramla qeyd olunur. Milli Qurtuluş Günü xalqın öz xilaskar liderinə olan etimadının, dövlətçilik ənənələrinə sadiqliyinin və müstəqil Azərbaycanın gələcəyinə inamının ifadəsidir. Tarixi təcrübə göstərir ki, 1993-cü ildə qəbul edilmiş taleyüklü qərarlar olmasaydı, müasir Azərbaycan bu günkü gücünə və nüfuzuna sahib ola bilməzdi. Buna görə də 15 İyun təkcə keçmişin deyil, həm də Azərbaycanın uğurlu gələcəyinin təməlini təşkil edən əlamətdar tarix kimi milli yaddaşımızda yaşayır” – deyə, Ramil Tağıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-07-2026