Polad Bülbüloğlunun namizədliyi rəsmən qeydə alındı
Tarix: 18-03-2017 | Saat: 15:09
Bölmə:Gündəm / Karusel | çapa göndər
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədliyi təsdiq edilib.
Bunu UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs deyib.
Qeyd edək ki, namizədlərin siyahısında Polad Bülbüloğlu ilə bərabər, Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələri yer alıb.
UNESCO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. İcraiyyə Şurasının 2017-ci il aprelin 26-27-də keçiriləcək 201-ci sessiyası çərçivəsində doqquz namizədlə müsahibə aparılacaq.
Oktyabr ayında Şuranın 202-ci sessiyasında gizli səsvermə keçiriləcək. Son qərar 2017-ci ilin noyabrında UNESCO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.(azvision)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024