Qurtuluşdan Zəfərə ucalan yol və ata vəsiyyətinin möhtəşəm təntənəsi
Tarix: 09-06-2026 | Saat: 16:35
Bölmə:Siyasət | çapa göndər

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, müqəddəs Vətəninə həsr etmiş müdrik dövlət xadimi, müstəqilliyimizin ulu memarı Ümummilli Lider Heydər Əliyevin ən böyük, ən müqəddəs arzusu Azərbaycanı bütöv, ərazi bütövlüyü tam bərpa olunmuş görmək idi. O, hər zaman bu böyük inamla yaşayır və bu böyük ideyanı millətin şüuruna, ruhuna həkk edirdi. Ümummilli Liderin vaxtilə yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük bir peyğəmbəranə uzaqgörənlik və sarsılmaz inamla söylədiyi o tarixi, unudulmaz kəlamlar bu gün hər birimizin qəlbində böyük bir iftixarla çağlayır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o Isti suyu - biz onlarsız yaşaya bilmərik”.
Zaman gəldi və Ulu Öndər Heydər Əliyevin o böyük, müqəddəs arzuları, strateji fəlsəfi hədəfləri tamamilə reallaşdı. Onun layiqli siyasi varisi, dövlətimizin başçısı Prezident İlham Əliyev müqəddəs ata vəsiyyətini və xalqın çoxəsrlik arzusunu ən ali səviyyədə yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə və Xocalıda ulu rəhbərin ruhunun qürurla dolaşdığı o müqəddəs torpaqlarda şanlı üçrəngli bayrağımız əbədi və əzəmətlə dalğalanır. Müasir Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi tam azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi bütövlüklə təmin olunmuş qüdrətli Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində uzaqgörənliklə başladığı işlər, formalaşdırdığı milli hərbi kadr potensialı və müəyyənləşdirdiyi hərbi-strateji xətt sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında şərəfli yer tutur, texniki təchizat, döyüş qabiliyyəti və mənəvi ruh baxımından bir çox inkişaf etmiş ölkələrin ordularını xeyli üstələyir.
Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu misilsiz bir uğurla davam etdirməsi, onu müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirməsi sayəsində Azərbaycan bu gün dünyanın ən dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda geosiyasi çəkisi və nüfuzu gündən-günə artan lider dövlətlərindən birinə çevrilmişdir. Həyata keçirilən bu səmərəli, sarsılmaz daxili və xarici siyasət həm Azərbaycanın daxili yüksəlişində, milli maraqların polad qətiyyətlə qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında müstəqil iradə nümayiş etdirən prinsipial bir güc kimi tanınmasını tam şərtləndirib. Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan o möhtəşəm, tarixi Zəfər də məhz Heydər Əliyev dühasının, onun uzaqgörən dövlətçilik məktəbinin məntiqi və möhtəşəm nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edildiyi o müqəddəs gündə Fəxri Xiyabandan millətinə və Ulu Öndərin ruhuna verdiyi o möhtəşəm hesabat bəşər tarixinə qızıl hərflərlə yazıldı: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”
Bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş qədim torpaqlarımızda irimiqyaslı, analoqu olmayan infrastruktur layihələrinin, ağıllı şəhər və kəndlərin təməlini qoyur, Şuşada, Xankəndidə, rəqiblərin qarabasmasına çevrilən uca dağ zirvələrində Novruz tonqalları alovlandırır, Böyük Qayıdış proqramını böyük bir sürətlə reallaşdırır. Cəmiyyətimizin hər bir üzvü tam əmindir ki, bu polad iradəli rəhbərliyi ilə Azərbaycan xalqı hələ daha uca zirvələri fəth edəcək, vaxtilə mənfur düşmənin yerlə-yeksan etdiyi Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə dünyanın ən cənnət, ən gözəl guşələrindən birinə çevriləcəkdir.
Dövlət rəhbərimizin böyük iftixarla bəyan etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Xalqımız öz dahi rəhbəri Heydər Əliyevin əziz xatirəsini hər zaman qəlbində uca tutur, onu minnətdarlıqla anır və 15 İyun Milli Qurtuluş Gününü dövlətçiliyimizin əbədiyyət rəmzi, bizi möhtəşəm Zəfərlərə aparan sarsılmaz milli həmrəylik bayramı kimi böyük bir qürurla qeyd edir.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-06-2026
13:29 Sabah 33° isti olacaq