ANS-in yayımı bərpa olacaqmı...
Tarix: 18-03-2017 | Saat: 12:30
Bölmə:Gündəm / Karusel | çapa göndər
ANS-in qapadılmasının 8 ayı tamam oldu. Kanalın bağlanmasından sonra ötən müddət ərzində keçirilən məhkəmə prosesləri heç bir nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib.
Ötən 8 ay ərzində ANS-in əməkdaşlarının da bir qismi digər kanallarda işə düzəliblər. Lakin əksər əməkdaşların kanalın fəaliyyətinin bərpa olunacağı ümidi ilə gözlədikləri bildirilir.
Eyni zamanda yayılan məlumatlara görə, Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakının hazırda yerləşdiyi binadan çıxarılması üçün martın 23-dək vaxt verib. Lakin institutun rəhbərliyi bildirib ki, ANS-in rəhbərliyi özü bu ərazidən köçmək qərarını verib və fəaliyyətlərini başqa yerdə davam etdirəcəklər.
Modern.az xəbər verir ki, ANS Şirkətlər Qrupunun prezidentinin media müşaviri Mais Məmmədov “Yeni Müsavat”a söyləyib ki, kanalın açılması ilə bağlı hələ də heç bir müsbət xəbər yoxdur. M. Məmmədov onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, onlar hələ də ümidlə kanalın açılacağı günü gözləyirlər...
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Həmin zamandan etibarən kanalın fəaliyyəti dayandırılıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024