Rüstəm İbrahimbəyov: “Həkim müayinəsindən keçirəm”
Tarix: 17-03-2017 | Saat: 14:21
Bölmə:Gündəm | çapa göndər
“Hal-hazırda Fransadayam. İşlərimlə bağlı bura gəlmişəm. Düzdür, Azərbaycandakı dostlarım tez-tez zəng edib maraqlanırlar. Mən isə kino işlərimlə bağlı gah Amerikada, gah Fransada, gah da Rusiyada oluram”.
Bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.
Tanınmış kinorejissor səhhətindən də söz açıb.
“Keçən ay 78 yaşım tamam oldu. Azərbaycandan çoxlu təbriklər aldım. Düzdür, yaş gedir. Amma, kino, teatr sahəsi məşğul olduğum sevimli işimdir. Bu yaşda belə, işimlə məşğul olarkən özümü ruhən gənc hiss edirəm. Səhhətim əvvəlkinə baxanda normaldır. Həkim müayinəsindən keçirəm. Fransaya səfər edə bilirəmsə, deməli, səhhətimdə hər şey qaydasındadır”.
Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri ərəfəsində öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkilib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024