Tamam Cəfərova: “Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursu nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoymuşdur”
Tarix: 28-05-2026 | Saat: 10:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 108 il öncə Azərbaycan xalqı çoxəsrlik tarixində dəfələrlə olduğu kimi azadlıq və müstəqillik uğrunda mübarizəyə başlamış, nəticədə 1918-ci il mayın 28-də xalqımız özünün və bütün Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmağa nail olmuşdur. XX əsrin əvvəllərində dünyada yeni siyasi nizamın formalaşdığı mürəkkəb tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi öz varlığını təsbit etmiş, milli dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoymuşdur. Cümhuriyyətin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova səsləndirib.
Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası 108 il bundan əvvəl İstiqlal Bəyannaməsini qəbul etməklə Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir: “İstiqlal Bəyannaməsi xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirmiş, milli özünüdərk prosesinə mühüm təkan vermişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti və hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Cümhuriyyət xalqımızın yüksək siyasi təfəkkürünün və zəngin mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad və demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın öz müqəddəratını müəyyən etməyə qadir olduğunu nümayiş etdirdi.”
Tamam Cəfərova bunu da qeyd edib ki, Azərbaycan xalqı XX əsrin sonlarında yenidən tarixi müstəqilliyinə qovuşarkən məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi irsinə söykənib: “1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Həmin Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilmiş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunmuşdur. Bu isə müasir Azərbaycan dövlətinin ideoloji və hüquqi əsaslarının məhz Cümhuriyyət ənənələrinə söykəndiyini bir daha təsdiqləyir. Lakin XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimizin kifayət qədər möhkəm olmaması səbəbindən xalqımız böyük faciələrlə üzləşdi. Həm Şərqi Zəngəzur, həm də Qarabağ həmin dövrlərdə işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Ulu Öndərin dediyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması bundan da çətindir. Əsl müstəqillik dövlətin müstəqil siyasət yürütmək imkanına malik olmasıdır və Azərbaycan bu gücü məhz 1993-cü ildən etibarən əldə edib. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni siyasi xaosdan, parçalanma və dövlətçilik böhranından xilas etmiş, milli dövlətçilik əsaslarını möhkəmləndirmişdir. Onun müəyyən etdiyi strateji inkişaf kursu nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisi və memarı, Prezident İlham Əliyev isə bütöv Azərbaycanın banisi və memarıdır. Hər iki lider adlarını Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıblar. Bu gün Azərbaycan dünyada analoqu olmayan inkişaf modeli nümayiş etdirir. Ölkədə bütün istiqamətlər üzrə ardıcıl və sistemli işlər həyata keçirilir. Bunu xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa prosesində aydın görmək mümkündür. Bütün dünya Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma işlərini böyük maraq və heyranlıqla izləyir.”
Sonda deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağının işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə bəxş etdiyi ən böyük dövlətçilik əmanətlərindən biridir: “Ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu bütün dünyaya nümayiş etdirdi” – deyə, deputat fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-05-2026
27-05-2026