Xırdalanda ölən tələbənin atası qızının ölümündən xəbərsizdir
Tarix: 16-03-2017 | Saat: 17:09
Bölmə:Gündəm / Karusel | çapa göndər
"Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi."
AİA.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüxsarə Əliyeva bildirib. Onun sözlərinə görə, Turanə Xanlayeva kollecdəki təhsilini yarımçıq qoyub, məktəbdən çıxmaq istəyirmiş:
"Anası xəstə idi. Evdə qalıb ona baxırdı. Martın 13-də Turanə bacısı, xalası və xalası qızı ilə müayinədən keçmək üçün Bakıya gəliblər. Turanə özü də xəstə idi. Faciə isə dünən baş verib. Onlar həmin otaqda əvvəl 3 nəfər qalıblar. Sonra qızlardan biri onlardan ayrılıb."
Rüxsarə Əliyeva faciənin hansı səbəbdən baş verdiyindən məlumatsız olduğunu qeyd edib: "Hərə bir söz deyir. Kimi deyir dəm qazından boğulub, kimi də qida zəhərlənməsini səbəb gətirir. Amma hüquq-mühafizə orqanları bunu yəqin ki, araşdıracaq."
Rüxsarə Əliyeva Turanənin atasız olduğunu vurğulayıb: "Mələyin isə atası başqa ölkədə işlədiyi üçün Azərbaycandan kənardadır. İndi ona məlumat vermişik. Bakıya gəlir, amma qızının ölümündən xəbərsizdir. Bu ağır faciəni ona deyə bilmədik. Çox istedadlı qız idi, Mələk. Əlaçı idi, bütün ictimai işlərdə məktəb daxilində və xaricində aktiv bir tələbə idi."
Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında dəhşətli faciə baş verb. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin həmin ünvanda kirayədə qalan iki tələbəsi və tələbələrdən birinin bacısı, xalası, xalası qız zəhərlənərək ölüb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024