Avropa Şurasının nümayəndə heyəti Baş Prokurorluqda olub
Tarix: 16-03-2017 | Saat: 16:54
Bölmə:Gündəm | çapa göndər
Baş prokurorun birinci müavini Rüstəm Usubov Avropa Şurası Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən R.Usubov ölkəmizin demokratiya və insan hüquq və azadlıqları prinsiplərinə daim sadiq olduğunu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından belə görüşlərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin ölkənin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, aparılan islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər və bu sahədə prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verilib.
İnsan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının daim təkmilləşdirildiyini, bu sahədə ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu, insan hüquq və azadlıqlarının qorunmasının prokurorluq orqanları qarşısında duran prioritet vəzifə olduğunu, eyni zamanda, bir sıra beynəlxalq, o cümlədən Avropa Şurasının GRECO təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdıran R.Usubov, Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının əhəmiyyətini xüsusi vurğulayaraq bu mühüm sənədin sistemli şəkildə həyata keçirilən hüquqi islahatların növbəti mərhələsinin əsasını, həmçinin prokurorluq orqanları qarşısında yeni öhdəliklər qoyduğunu bildirib.
Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını maraqla qarşıladığını ifadə edən A.Qessel, Avropa Şurası ilə əməkdaşlığı təqdir edib və Avropa məkanında da insan hüquqlarının mövcud problemlərinə toxunaraq Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024