Mobil versiya
Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib...
Tarix: 15-03-2017 | Saat: 21:20
Bölmə:Gündəm | çapa göndər

Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib...







Bir neçə dəqiqə əvvəl Bakı metrosunda problem yaranıb.

Bu barədə "Qafqazinfo"ya sərnişinlər məlumat verib. Həzi Aslanov istiqamətində hərəkət edən qatar “28 May-Gənclik” stansiyaları arasında tuneldə dayanıb.

Məlumata görə, qəfil tüstülənmə vaqonu bürüyüb, huşunu itirənlər də var.

Sərnişinlər təxliyyə olunub.

***

"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, “28 May-Gənclik” stansiyaları arasında tuneldə tüstülənmə baş verib:

"Qatarların hərəkətində heç bir problem yoxdur. Hazırda qurumun işçiləri tuneldə tüstülənmənin səbəbini araşdırır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə