Mobil versiya
İlham Əliyev sloveniyalı və xorvat həmkarlarını təbrik etdi
Tarix: 25-06-2015 | Saat: 07:48
Bölmə:Siyasət / Manşet | çapa göndər


“Firavanlıq arzulayıram”.

Azərbaycan prezidenti İlham Əliyev Sloveniya prezidenti Borut Pahoru Dövlətçilik günü münasibətilə təbrik edib.

Aia.az AZƏRTAC-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

İlham Əliyev həmçinin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Dövlətçilik günü münasibətilə təbrik edib.

Dövlət başçısı xorvat həmkarına ən xoş arzularını yetirib, dost Xorvatiya xalqına sülh və firavanlıq diləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə