Azərbaycanda hotellər Novruz bayramı günləri üçün qiymətlərini qaldırıblar
Tarix: 15-03-2017 | Saat: 10:33
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanda hotellər Novruz bayramı günləri üçün xidmətlərin qiymətlərini maya dəyərindən 4-5 dəfə çox qaldırıblar.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, Novruz bayramı günləri üçün hotellərdəki qiymət artımı həm Bakıda, həm də regionlarda müşahidə edilir: "Bakıdakı hotellər yerlərini daha çox xarici turistlər üçün artırıblar. Regionlardakı hotellər isə ümumiyyətlə, hamı üçün qiymətlərini artırıb. Bayramdan əvvəlki günlər üçün 40-50 manata olan qiymətlər bayram günləri üçün 70-80 manata qaldırılıb. Bu qiymətə hoteldə 1 gecə qalmaq və səhər yeməyi daxildir”.
Qiymətlərin qaldırılmasını düzgün saymayan M.Ağakərimov bildirib ki, hotellər qəbul etdikləri turistlərin sayının daha çox olması üçün düzgün marketinq siyasəti aparmalıdırlar:
"Lakin hotellərin əksəriyyəti düzgün marketinq siyasəti aparmır. Biz tövsiyə edərdik ki, onlar Türkiyə, Avstriya və digər ölkələrin təcrübəsindən istifadə edərək həm qiymət siyasətlərini düzgün həyata keçirsinlər, həm də turistlər üçün əlavə xidmətlər təşkil etsinlər”.
Qiymət siyasətinin dəyişməsi üçün rəqabət mühitinin artmasını vacib sayan M.Ağakərimov bildirib ki, rəqabətin artması üçün Azərbaycanda hotel çatışmazlığı problemi aradan qaldırılmalı, yeni hotellər tikilməlidir.
M.Ağakərimov əlavə edib ki, hazırda Azərbaycanda 535 hotel fəaliyyət göstərir. O qeyd edib ki, həmin hotellərin 146-sı Bakı və Abşeron yarımadasının payına düşür.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə Trend-ə bildirib ki, mehmanxanalar sahibkarlıq subyektləri olduqlarından onlar qiymət siyasətlərinin müəyyən edilməsində müstəqildirlər:
"Lakin biz də maraqlıyıq ki, ölkəyə gələn turistlərə, eyni zamanda ölkənin regionlarında istirahət edən Azərbaycan vətəndaşlarına münasib qiymətlər təklif olunsun. Sahibkarlıq subyektləri ilə keçirilən görüşlərdə bununla bağlı dəfələrlə nazirliyin rəhbərliyi tərəfindən müvafiq tövsiyələr verilib. Lakin qiymətləri bazar özü formalaşdırır və rəqabət artdıqca qiymətlər aşağı düşməlidir”.
Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-21-də qeyd edilir. Novruz bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl olaraq, 9 gün iş günü olmayacaq.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024