Manaf Manafov: "Azərbaycan regionun gələcək siyasi-iqtisadi xəritəsini formalaşdıran güclü dövlətdir"
Tarix: 12-05-2026 | Saat: 16:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

Mayın 10-da Zəngılanda səslənən çıxış təkcə bir dövlət başçısının köç edən ailələrlə görüşü deyildi. Cənab Prezident İlham Əliyevin nitqində Azərbaycanın son otuz illik tarixinin ağrıları, mübarizəsi, qələbəsi və gələcək hədəfləri bir araya gəldi. Bu çıxış həm siyasi hesabat, həm tarixi yaddaş, həm də gələcəyə ünvanlanan strateji baxış kimi diqqət çəkdi. Zəngılan artıq sadəcə işğaldan azad edilmiş rayon deyil. Bu şəhər yeni Azərbaycanın hansı istiqamətdə hərəkət etdiyini göstərən əsas simvollardan birinə çevrilir.
Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən hakim partiya təmsilçisi qeyd edib ki, cənab Prezidentin çıxışında da ən çox hiss olunan məqam məhz bu idi: Azərbaycan müharibədən çıxan ölkə kimi deyil, qalib dövlət olaraq yeni regional düzən quran güc kimi çıxış edir. Nitqin əvvəlində cənab Prezidentin doğma yurda qayıdan insanlara müraciəti emosional xarakter daşısa da, çıxışın sonrakı hissələri daha geniş siyasi və geosiyasi məna kəsb etdi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin doğum günündə keçirilən görüş hakimiyyətin siyasi xəttində tarixi ardıcıllığın nümayişi idi. Cənab Prezident açıq şəkildə bildirdi ki, torpaqların azad olunması Ulu Öndər Heydər Əliyev siyasətinin davamı və nəticəsidir. Bununla da son otuz illik dövlətçilik tarixinin vahid siyasi konsepsiya ətrafında təqdimatı aparıldı. 1993-cü ildə dövlətin xilası, ordunun qurulması, iqtisadi gücün formalaşdırılması və nəhayət Qarabağ zəfəri eyni siyasi yolun mərhələləri kimi göstərildi.
Çıxışın ən sərt hissələri isə 1990-cı illərin əvvəllərindəki siyasi vəziyyətə həsr olundu. Cənab Prezident həmin dövrü xəyanət, anarxiya və idarəetmə böhranı kimi xarakterizə etdi. Burada məqsəd yalnız keçmişi xatırlatmaq deyildi. Əsas mesaj bundan ibarət idi ki, güclü dövlət anlayışı Azərbaycanın müasir siyasi modelinin əsasını təşkil edir. Cənab Prezidentin nitqində müharibə mövzusu xüsusi yer tutdu. O, bir daha vurğuladı ki, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı ciddi beynəlxalq təzyiqlərlə üzləşsə də, geri çəkilmədi. Bu fikirlər Azərbaycanın öz siyasi qərarlarını xarici mərkəzlərin təsiri olmadan qəbul edən dövlət obrazını gücləndirməyə hesablanmışdı. Şuşanın azad olunmasının xüsusi vurğulanması da təsadüfi deyildi. Prezident həmin anı müharibənin taleyini dəyişən strateji dönüş nöqtəsi kimi təqdim etdi. Ardınca Kəlbəcər, Laçın və Ağdamın hərbi-siyasi təzyiq nəticəsində qaytarılması barədə fikirlər Azərbaycanın regional güc mövqeyini nümayiş etdirən mesaj idi.
Çıxışın diqqət çəkən məqamlarından biri də 2023-cü ilin sentyabr hadisələri ilə bağlı səslənən fikirlər oldu. Cənab Prezident antiterror əməliyyatını Azərbaycanın tam suverenliyinin təmin olunması kimi xarakterizə etdi. Bununla rəsmi Bakının mövqeyi bir daha təsdiqləndi: Qarabağ məsələsi artıq bağlanıb və yeni mərhələ başlayıb. Nitq boyunca Ermənistanla yanaşı, bəzi Qərb dairələrinə ünvanlanan mesajlar da açıq hiss olunurdu. Cənab Prezident Avropa müşahidə missiyasını və müəyyən xarici siyasi dairələri sərt şəkildə tənqid etdi. Bu ritorika Azərbaycanın son illərdə daha müstəqil və sərt xarici siyasət dili formalaşdırdığını göstərir. Lakin çıxış yalnız hərbi və siyasi məsələlər üzərində qurulmamışdı. Ən mühüm xəttlərdən biri quruculuq fəlsəfəsi idi. Cənab Prezident dəfələrlə vurğuladı ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarda dağıntıları qısa müddətdə böyük inkişaf layihələri ilə əvəz edir. Bu gün Zəngılanda yaşayış kompleksləri tikilir, kəndlər yenidən qurulur, yollar salınır, hava limanı fəaliyyət göstərir, aqroparklar yaradılır, enerji layihələri həyata keçirilir. Bu mənzərə cənab Prezidentin çıxışında “sahiblik” anlayışı ilə əlaqələndirildi. O açıq şəkildə bildirdi ki, torpağı sevən onu qurub inkişaf etdirər, işğalçı isə dağıdar və talayar. Nitqin ən strateji hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı idi. Cənab Prezidentin dedikləri göstərdi ki, Azərbaycan artıq Qarabağı yalnız hərbi qələbə prizmasında görmür. Region gələcəkdə beynəlxalq nəqliyyat mərkəzi, enerji qovşağı, logistika platforması, iqtisadi inkişaf zonası kimi formalaşdırılır. Zəngılanın həm İran, həm Ermənistan istiqamətində sərhəd keçid imkanları gələcəkdə onun regional əhəmiyyətini daha da artıracaq. Bakıdan Naxçıvana uzanacaq dəmir yolu xətti isə cənab Prezidentin təqdim etdiyi yeni geosiyasi xəritənin əsas elementlərindən biridir.
Azərbaycanın postmüharibə modelinin təqdimatı idi. Cənab Prezident göstərməyə çalışdı ki, ölkə yalnız müharibədə qalib gəlməyib, eyni zamanda iqtisadi imkanlarını genişləndirib, enerji potensialını artırıb, beynəlxalq nüfuzunu gücləndirib, regional liderliyini möhkəmləndirib. Bu baxımdan Zəngılanda keçirilən görüş simvolik məna daşıyırdı. Çünki burada söhbət yalnız insanların mənzillə təmin olunmasından getmirdi. Burada nümayiş etdirilən əsas fikir bundan ibarət idi ki, Azərbaycan artıq yeni tarixi mərhələyə daxil olub. Cənab Prezidentin çıxışında ən güclü mesajlardan biri də gələcəklə bağlı idi. O bildirdi ki, azad edilmiş ərazilər dünyanın ən nümunəvi bölgələrindən birinə çevriləcək. Bu fikir həm dövlətin iqtisadi potensialına, həm də siyasi ambisiyalarına verilən açıq qiymət idi. Zəngılandan verilən mesaj aydın görünürdü: Azərbaycan müharibədən çıxmış ölkə deyil, qalibiyyətini yeni inkişaf modelinə çevirən və regionun gələcək siyasi-iqtisadi xəritəsini formalaşdırmağa çalışan güclü dövlətdir- deyə Manaf Manafov fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2026