Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlərin əsas xəttini Azərbaycanın qurucu və yaradıcı missiyası təşkil edir - Nəsib Məhəməliyev
Tarix: 12-05-2026 | Saat: 16:14
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Zəngilana səfəri və sakinlərlə görüşü həm mənəvi, həm də siyasi baxımdan dərin rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu və vəsiyyəti torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu tarixi missiyanı uğurla yerinə yetirən Müzəffər Ali Baş Komandan bu gün həmin ərazilərdə suverenliyimizin tam bərpa olunduğunu və hər qarış torpağın öz sahibinə qayıtdığını qürurla bəyan edir. Dövlətimizin başçısının azad edilən ərazilərə hər bir səfəri sadəcə yerli xarakter daşımır, həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq birliyə yönələn strateji mesajlar platformasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
“Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə səsləndirdiyi fikirlərin əsas xəttini Azərbaycanın qurucu və yaradıcı missiyası təşkil edir. Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında məqsədli şəkildə dağıntılar törədib, şəhər və kəndləri viran qoyub, tarixi, dini və mədəni abidələri məhv edib. Bu vandalizm aktları artıq beynəlxalq ictimaiyyətə faktlarla təqdim olunub. Bunun əksinə olaraq Azərbaycan qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq və bərpa layihələrinə start verib. Müasir yolların, hava limanlarının, yaşayış komplekslərinin tikilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yeni enerji və kommunikasiya infrastrukturunun yaradılması dövlətimizin iqtisadi gücünü, siyasi iradəsini və strateji baxışını nümayiş etdirir”, - deyə deputat diqqətə çatdırıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın Vətən müharibəsi zamanı nümayiş etdirdiyi humanist yanaşma olub. Dövlətimizin başçısının “Onlar bizim şəhərlərimizi, kəndlərimizi “İsgəndər-M”, “Skad” və digər ballistik uzaqmənzilli raketlərlə vururdular, mülki əhaliyə qarşı müharibə aparırdılar. Biz isə ermənilərə məxsus bir dənə də mülki obyekti dağıtmamışdıq” fikirləri Ermənistanın terror və vandalizm siyasəti ilə Azərbaycanın beynəlxalq humanitar hüquqa əsaslanan müharibə strategiyası arasındakı fərqi açıq şəkildə ortaya qoyur. Azərbaycan Ordusu döyüş əməliyyatları zamanı yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib və bununla da müasir müharibə tarixində beynəlxalq hüquqa sadiqliyin nümunəsini nümayiş etdirib.
Deputatın sözlərinə görə, İlham Əliyev regionda yaranan yeni reallıqları təhrif etməyə çalışan qüvvələrin fəaliyyətini kəskin tənqid edib, qərb siyasətçilərinin Ermənistanda özlərini “xilaskar” kimi qələmə vermək cəhdlərinə toxunaraq, Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına sadiq qaldığını diqqətə çatdırıb. Eyni zamanda, dövlətimizin başçısı sərhəddə yerləşdirilən avropalı müşahidəçilərin fəaliyyəti və Azərbaycanın guya hərbi niyyətləri olması barədə yayılan dezinformasiyaları da kəskin şəkildə ifşa edib, davamlı sülh təşəbbüslərinin əsl müəllifinin Azərbaycan olduğunu bir daha xatırladıb.
“Bu mesajlar bir daha sübut edir ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə diktə edən tərəfdir və regionun inkişafı və təhlükəsizliyi məhz Azərbaycanın təklif etdiyi, beynəlxalq hüquqa söykənən ədalətli sülh prinsipləri üzərində qurulmalıdır”, - deyə N.Məhəməliyev əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2026