Mobil versiya
Mərc oyunlarının keçirilməsi qaydaları DƏYİŞDİRİLDİ
Tarix: 14-03-2017 | Saat: 17:08
Bölmə:Gündəm / Karusel | çapa göndər

Mərc oyunlarının keçirilməsi qaydaları DƏYİŞDİRİLDİ



Nazirlər Kabineti "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, qərara görə, Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 762; 2012, № 5, maddə 494; 2013, № 6, maddə 752; 2016, № 6, maddə 1187, № 8, maddə 1449, № 9, maddə 1564) ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın 5.1.9-cu yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və 5.1.10-cu yarımbənd əlavə olunub. Yeni əlavə olunmuş yarımbənddə mərc oyunları operatoruna əlavə hüquq və səlahiyyət verilib. Yeni əlavə edilən yarımbənddə göstərilib:

"5.1.10. idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda, dərhal Nazirliyə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat vermək".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə