Mobil versiya
Xalq yazıçısı Anarın doğum günü qeyd olundu - FOTOLAR
Tarix: 14-03-2017 | Saat: 15:51
Bölmə:Gündəm | çapa göndər





Martın 14 də Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin və İmişli rayon R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə xalq yazıçısı Anarın doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin direktoru, əməkdar müəllim, yazıçı Səxavət Tağlar açaraq bildirdi ki, Anar müasir Azərbaycan Ədəbiyyatının görkəmli nümayəndəsi , müdrik ictimai xadimdir. Anar bütün yaradıcılığı boyunca əsl sənətkar şövqü və cəsarətilə yazıb-yaradıb. Üslubi rəngarənglik, yığcamlıq, ifadəlilik onun əsərləinin ayrılmaz tərkib hissəsidir. Anar öz əsərlərilə tərbiyə edir, anladır və öz tarixi missiyasını ləyaqətlə yerinə yetirir. Onun yaradıcılığı xalqımızın mənəvi sərvətidir və Anar öz mükəmməl sənətilə həmişə bu mənəvi sərvəti zənginləşdirməyə xidmət edib.

AİA.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri, şair Sərvaz Hüseynoğlu xalq yazıçısı Anardan mənəvi saflıq ideyalarının tərənnümçüsü kimi bəhs etdi. Bildirdi ki, Anarın çoxşaxəli yaradıcılığı bütöv bir nəslin milli, mənəvi-əxlaqi qayə və duyğularının formalaşmasında böyük roul oynamışdır. Onun yaradıcılığı xüsusilə gənclərin tərbiyə məbədlərindən biridir: “Anarı oxuyan hər kəs özünü xeyrin, haqqın, ədalətin, yaxşılığın yanında hiss edir... ”

Yazıçı Valeh Bahaduroğlu çıxış edərək Anarın əsərlərinin bədii məzyyətlərindən və şəxsiyyət bütövlüyündən söz açdı. Qeyd etdi ki, AYB-nin sədri kimi Anar həmişə Aran ədəbi mühitinə də diqqət və qayğıyla yanaşmışdır.: “Anar artıq həm də bir ədəbiyyat obrazıdır. Və bu obraz bütövlükdə Azərbaycan mədəniyyətini ifadə edir. ”

Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun təmsilçisi Yasin Tağıyev, şair Sədaqət Vəlioğlu, məktəbin müəllimlərindən Püstə Kərimova, Atamoğlan İmranov, Rəhimə Məmmədova, Ağa Abdullayev, Sərraf Ağayev, Əlidursun İsayev Anarın çoxşaxəli yaradıcılığından bəhs etdilər, məktəbin şagirdlərindən Nərmin, Sevinc, Hüseyn, İlahə və başqaları xalq yazıçısının əsərlərindən parçalar söylədilər.


Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı.

AİA.az













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024