Şahin Sultanova hökm oxunacaq tarix məlum oldu
Tarix: 13-03-2017 | Saat: 13:31
Bölmə:Gündəm | çapa göndər
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin cinayət işi üzrə elan olunacaq məhkəmə hökmünün vaxtı məlum olub.
AİA.Az xəbər verir ki, təqsirləndirilən şəxs Ş.Sultanovun vəkili Telman Abdiyev Trend-ə açıqlamasında bildirib ki, iş üzrə məhəkəmə hökmü martın 17-də elan olunacaq: "Məhkəmə müşavirədədir və martın 17-də hökm elan olunacaq".
Qeyd edək ki, ötən prosesdə Ş.Sultanov son söz deyib və məhkəmədən bəraət istəyib. Dövlət ittihamçısı isə Ş.Sultanovun 13 il, digər təqsirləndirilənlərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, prokuror iş üzrə təqsirləndirilən 3 nəfərə şərti cəza istəyib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə daha 27 nəfər müxtəlif hərbi rütbəli şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024