Mobil versiya
Səməd Seyidov: Azərbaycana qarşı qətnamələri qərəzlidir
Tarix: 01-05-2026 | Saat: 12:02
Bölmə:Karusel / Parlament | çapa göndər

Səməd Seyidov:

Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri qərəzlidir və təsir gücünü itirir.

aia.az xəbər verir ki, bunu deputat Səməd Seyidov parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, 2015-ci ildə Azərbaycanın əleyhinə qəbul edilən qətnamələr qərəzli xarakter daşıyıb və həmin dövrdə bu yanaşmaya cavab olaraq Azərbaycan tərəfi müəyyən institusional addımlar atıb. Deputatın sözlərinə görə, sonradan ölkənin Avropa strukturları ilə əməkdaşlıq və inteqrasiya maraqları nəzərə alınaraq konstruktiv mövqe sərgilənib.

Səməd Seyidov qeyd edib ki, Avropa Parlamentinin qərarlarından sonra Azərbaycana emissarların gəldiyi, sənədlərdə müəyyən dəyişikliklərin edildiyi və Azərbaycanın mövqeyinin daha yüksək qiymətləndirildiyi dövrlər olub. Onun sözlərinə görə, bəzi mərhələlərdə qəbul edilən sənədlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində formalaşıb.

Deputat əlavə edib ki, son illərdə Azərbaycana qarşı qətnamələrə dəstək azalıb və bəzi hallarda səsvermələrdə iştirak edən deputatların sayı ciddi şəkildə aşağı düşüb. Bu isə həmin yanaşmanın effektiv olmadığını göstərir.

O vurğulayıb ki, hazırda Azərbaycana qarşı mövqelərin bir qismi ayrı-ayrı sənədlərin, xüsusilə Ermənistanla bağlı qətnamələrin tərkibində yer alır və müxtəlif bəhanələrlə ölkəyə qarşı ittihamlar irəli sürülür.

Səməd Seyidov həmçinin qeyd edib ki, Azərbaycan Avropa üçün həm enerji, həm təhlükəsizlik, həm də strateji baxımdan mühüm tərəfdaşdır və Avropa siyasi liderləri ölkənin rolunu açıq şəkildə etiraf edirlər.

Sonda deputat bildirib ki, Azərbaycan Parlamentinin mövqeyini əks etdirən bəyanatın qəbul edilməsi vacibdir və ölkə öz müstəqil gücünü açıq şəkildə nümayiş etdirməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026