Mobil versiya
Aİ ilə ikitərəfli münasibətlərin inkişafı müzakirə edildi
Tarix: 29-04-2026 | Saat: 16:08
Bölmə:Siyasət | çapa göndər

Aİ ilə ikitərəfli münasibətlərin inkişafı müzakirə edildi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç ikitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

aia.az xəbər verir ki, bu barədə Səməd Seyidov "X" hesabında yazıb.

"Biz Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı məsələlərinə dair konstruktiv fikir mübadiləsi apardıq, həmçinin siyasi, iqtisadi və regional təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik", - o yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026