Novruzəli Aslanov: “Azərbaycan-Çexiya enerji əməkdaşlığı etibarlı tərəfdaşlıq əsasında yaradılmış strateji təhlükəsizlik modelidir”
Tarix: 27-04-2026 | Saat: 20:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Qlobal geosiyasi proseslərin fonunda enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, dövlətlərin strateji dayanıqlığını müəyyən edən əsas amillərdən birinə çevrilib. Məhz bu reallıq fonunda Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı enerji əməkdaşlığı ilə bağlı verilən mesajlar xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Qəbələdə səslənən bəyanatlar göstərdi ki, Azərbaycan-Çexiya münasibətlərində enerji amili təkcə əməkdaşlıq sahəsi deyil, strateji tərəfdaşlığın əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Çexiya uzun illərdir enerji sahəsində etibarlı tərəfdaşlardır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması bu əməkdaşlığın təsadüfi və ya situativ xarakter daşımadığını göstərir. Bu, qarşılıqlı etimad və uzunmüddətli strateji maraqlara əsaslanan münasibətlər modelidir.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov ifadə edib.
Millət vəkili bu əməkdaşlığın arxasında daha böyük geosiyasi məntiqin durduğunu vurğulayaraq bunları deyib: “Avropada enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycan etibarlı tədarükçü kimi xüsusi çəkisini artırmaqdadır. Prezident İlham Əliyevin Azərbaycanın dünya bazarlarına enerji resursları ixrac edən etibarlı ölkələr sırasında olduğunu vurğulaması da məhz bu reallığın ifadəsidir. Bu gün Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac olunması ölkəmizin enerji diplomatiyasının miqyasını aydın göstərir. Bu fakt Azərbaycanın artıq təkcə enerji istehsalçısı deyil, Avrasiyanın enerji təhlükəsizlik arxitekturasında mühüm rol oynayan strateji aktor olduğunu təsdiqləyir. Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin reallaşması, yeni ixrac marşrutlarının formalaşdırılması və Avropa bazarında artan mövqe Azərbaycanın enerji siyasətinin uğurudur. Bu kontekstdə Çexiyanın Azərbaycandan təbii qaz almaq niyyətini açıq şəkildə bəyan etməsi olduqca mühüm siyasi siqnaldır. Çexiyanın milli enerji operatorunun uzunmüddətli müqavilələrdə maraqlı olması təsdiqləyir ki, Bakı artıq Avropa paytaxtları üçün alternativ yox, prioritet enerji tərəfdaşı kimi qəbul edilir. Bu isə Prezident İlham Əliyevin illərdir həyata keçirdiyi uzaqgörən enerji strategiyasının nəticəsidir. Burada diqqət çəkən əsas məqamlardan biri enerji əməkdaşlığının ticarət münasibətlərindən strateji təhlükəsizlik modelinə transformasiya olunmasıdır. Çünki qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilələr yalnız iqtisadi anlaşma deyil, siyasi etimad sənədidir. Çexiyanın bu sahədə Azərbaycanla daha sıx işləmək niyyəti ölkəmizə olan etimadın bariz göstəricisidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026