"Böyrək köçürmədən sonra ana olan ilk qadınam" - FOTO
Tarix: 11-03-2017 | Saat: 12:15
Bölmə:Media | çapa göndər
Bu gün həyatımda çevriliş olan bir gündür. Tanrımın ölüb-dirilən bəndələrindənəm, bu şansı mənə verən Allahıma şükürlər olsun. Allahım mənə yaşam üçün ikinci şans verdi.
AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Vüsalə Əlizadə sosial şəbəkədə yazıb.
ATV-nin aparıcısı bildirib ki, Azərbaycanda böyrək köçürmədən sonra dünyaya övlad gətirən ilk qadındır:
"Deməli, belə məsləhət imiş, Rəbbim dünyanın ən gözəl hədiyyəsi - Diləyi verəcəkmiş. Böyrək köçürmədən sonra Azərbaycanda dünyaya övlad gətirən ilk qadınam. Üç günlük komada yuxu kimi gördüyüm hər şeyi yaşadım.
Bu özəlliyimə görə çox şanslı bəndəyəm. Allahıma, mənə canından can verən anama, kişi qeyrətli, bala qədri bilən, mənimlə əzabı bölüşən rəhmətlik atama borcluyam. İkinci doğum günüm, 15 yaşım mübarək".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025