Mobil versiya
Ramil Usubov Moldova səfiri ilə görüşüb
Tarix: 10-03-2017 | Saat: 16:07
Bölmə:Gündəm | çapa göndər

Ramil Usubov Moldova səfiri ilə görüşüb

Daxili işlər naziri Ramil Usubov bu gün Moldovanın Azərbaycandakı səfiri George Leukanı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Usubov ölkəmizdəki diplomatik fəaliyyətində ona uğurlar arzulayıb, belə görüşlərin Azərbaycan-Moldova münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xalqlarımız arasında həmişə dostluq münasibətlərini, həmçinin Moldovanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladan nazir son illər respublikalarımız arasında bütün sahələrdə əməkdaşlığın genişləndiyini, bu əlaqələrin qurulmasnda ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini məmnunluqla xatırladıb, dövlət başçılarımızın siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində ikitərəfli münasibətlərin daha da dərinləşdiyini nəzərə çatdırıb.

Hər iki ölkənin separatçılıqdan və terrorçuluqdan daim əziyyət çəkdiyini deyən daxili işlər naziri qlobal problemlərin, xüsusən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə nəticələnmiş münaqişələrin həllində dövlətlərimizin vahid mövqedən çıxış etməsini və biri-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.

Ölkələrimizin müvafiq strukturları arasında hələ keçmiş sovet dövründən olduqca sıx və işgüzar əlaqələrin mövcudluğunu, müstəqillik illərində isə bunun daha da inkişaf etdirilərək cinayətkarlığa qarşı birgə mübarizəni təmin edən səviyyəyə çatdığını bildirən nazir R.Usubov 1994-cü il fevral ayının 17-də Daxili İşlər nazirliklərinin əməkdaşlığına dair Sazişin imzalandığını, istər ikitərəfli, istərsə də çoxtərəfli formatda-Beynəlxalq Kriminal Polis (İnterpol), Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) və GUAM təşkilatları çərçivəsində birgə işbirliyinin uğurla davam etdirildiyini, Azərbaycan tərəfinin xüsusən qabaqcıl təcrübə və qarşılıqlı maraq doğuran məlumat mübadiləsində maraqlı olduğunu bildirib.

Görüş zamanı transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyinə toxunulub.

Səfir George Leuka səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə