Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE
Tarix: 14-04-2026 | Saat: 14:17
Bölmə:Siyasət | çapa göndər

Şahin Həsən oğlu Həsənov Milli Məclisin Aparat rəhbərinə yeni müavin təyin olunub.
aia.az-ın məlumatına görə, müavin təyin edilən Həsənov 1969-cu il avqustun 18-də Göyçay şəhərində anadan olub.
1992-ci ildə Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirərək mühəndis-sistem texniki ixtisasına yiyələnib.
1992–1993-cü illərdə Mingəçevir Energetika İnstitutunun “Ali riyaziyyat və informatika” kafedrasının müəllimi olub, 1993–1998-ci illərdə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində mühəndis-proqramçı vəzifəsində işləyib.
1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnformasiya təminatı şöbəsi müdirinin müavini, az sonra şöbə müdiri vəzifəsinə təyin edilib, 8 il həmin vəzifədə işləyib, 2006-cı ildən 2026-cı ilədək Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2026-cı il aprelin 9-da Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib.
2-ci dərəcə dövlət müşaviridir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-04-2026