Mobil versiya
Bakının mərkəzində pulsuz "Wi-Fi" xidmətinin işə düşməsinə lap az qaldı
Tarix: 10-03-2017 | Saat: 11:30
Bölmə:Şou-biznes | çapa göndər

Bakının mərkəzində pulsuz "Wi-Fi" xidmətinin işə düşməsinə lap az qaldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxtın bir sıra ictimai yerlərində pulsuz "Wi-Fi" xidmətinin istifadəyə verilməsi üzrə işləri başa çatdırır.

İB-dən Trend-ə bildiriblər ki, hazırda operatorun mütəxəssisləri tərəfindən Bakı bulvarı və Dövlət Bayrağı Meydanının ərazilərində "Wi-Fi" şəbəkəsinə çıxış nöqtəsinin quraşdırılması işləri başa çatdırılıb.

Bundan başqa, İçərişəhər ərazisində avadanlıqların instalyasiyası üzrə işlər yekunlaşıb, növbəti mərhələdə isə Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində ödənişsiz internetin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024