Mobil versiya
"Ərzaq qiymətlərinin artması qanunauyğun prosesdir" - Azər Badamov
Tarix: 09-04-2026 | Saat: 17:46
Bölmə:Siyasət | çapa göndər

"Ərzaq qiymətlərinin artması qanunauyğun prosesdir"

"Ərzaq qiymətlərinin artması qanunauyğun prosesdir. Ona görə ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda Hörmüz boğazının bağlanması qlobal bazarlarda enerji qiymətlərinin sürətlə artmasına yol açıb".

Bunu mətbuata açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, istehlak olunan bütün malların dəyərinin tərkbində enerji qiymətləri əsas rol oynayır:

"Bu baxımdan enerji qiymətlərinin artması qeyri-neft məhsullarının qiymətlərinin artmasını məcbur edib. Azərbaycanın daxili bazarı 100% özünü təmin etməyə keçməyib. Ölkəmizə idxal olunan malların qiymətləri qlobal bazarlardan asılıdır və ona görə qiymət artımları baş verir. Dövlət bazarlarda qiymət artımlarının əhalinin sosial vəziyyətinə təsirlərini azaltmaq üçün tədbirlər görür. Bu tədbirlər vergi güzəştləri, müəyyən malların istehsalı və idxalına subsidiyaların verilməsi və ya sosial paketlərin icrası şəklində həyata keçirlir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026