Mobil versiya
Oxuyan Gənclik Sərbəst Kitabxana layihəsinin təqdimatı keçirildi - FOTOLAR
Tarix: 09-03-2017 | Saat: 12:44
Bölmə:Gündəm / Manşet | çapa göndər



Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gəncə Kitab Klubunun təşkilati dəstəyi ilə icra edilən “Oxuyan Gənclik Sərbəst Kitabxana” adlı layihənin təqdimat tədbiri keçirilİB.

AİA.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni yataqxanasında baş tutan tədbirdə ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov, ADAU-nun əsaslı kitabxanasının müdiri Məmmədzadə Teymur , yazıçı-dramaturq Sahib İbrahimli, ADAU Tələbə Elmi Cəmiyyətinin sədri və layihənin icraçılarından biri Fərrux Rəhimov, Gəncə Kitab Klubunun sədri Ülviyyə Mahmudova, klubun üzvləri, gənc şair Cahandar Aybər və başqa qonaqlar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan layihənin icraçısı F. Rəhimov qonaqları salamlamış və istirahət günündə vaxt ayırıb bu tədbirə gəldiklərinə görə təşəkkür etmişdir. Öz çıxışında layihə haqqında ətraflı məlumat verən Fərrux Rəhimov kitab oxumağın faydaları haqqında da danışmış, yaradılan şəraitə görə ADAU rəhbərliyinə minnətdarlıq etmişdir. Daha sonra ADAU-nun Tədris işləri üzrə prorektor Anar Hətəmova söz verilmiş o da universitetdə kitaba marağın artırılması istiqamətində görülən işlər haqqında məlumat verərək layihəyə uğurlar arzulamışdır. Daha sonra çıxış edən ADAU-nun əsaslı kitabxanasının müdiri Teymur Məmmədzadə, yazıçı-dramaturq Sahib İbrahimli, gənc şair Cahandar Aybər, gənc yazar Vüsal Kamil də kitab oxumağın insan həyatında rolundan danışmış və layihə üzvlərini təbrik etmişlər. Gəncə Kitab Klubunun sədri Ülviyyə Mahmudova da öz çıxışında kitab oxumağın həyatımızı necə dəyişə biləcəyindən danışmış, klubun fəaliyyətini özündə əks etdirən video çarx nümayiş etdirmişdir. Gəncə Kitab Klubunun fəal üzvləri mükafatlandırılmışdır.

AİA.az












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024