Mobil versiya
Cevdet Yılmaz İlham Əliyevə təşəkkür etdi
Tarix: 02-04-2026 | Saat: 11:45
Bölmə:Siyasət | çapa göndər

Cevdet Yılmaz İlham Əliyevə təşəkkür etdi

Kipr türk xalqının haqq işinə güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Baş nazir Əsədova minnətdarlığımı bildirmək istəyirəm.

aia.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, təşkilatın müşahidəçi üzvü Ünal Üstelin burda olmasından çox məmnundur:

"Kipr adası strateji mövqeyi ilə regionda baş verən son hadisələr fonunda bu gün daha da əhəmiyyət kəsb edir. Ona görə də biz KKTC-ni bu coğrafiyada türk dünyasının ortaq varlığını və ortaq maraqlarını təmsil edən bir ünsür kimi qəbul etməliyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026