Mobil versiya
Milli Qəhrəmanlar şəhid analarını belə TƏBRİK ETDİLƏR
Tarix: 08-03-2017 | Saat: 10:46
Bölmə:Gündəm / Karusel | çapa göndər

Milli Qəhrəmanlar şəhid analarını belə TƏBRİK ETDİLƏR

Bu gün 8 mart Qadınlar günüdür. Ənənəvi şəkildə qadınlar gül və təbrik yağışına tutulur.
Nə yazıq ki, ildə bir dəfə qeyd edilən bu özəl gündə heç də bütün qadınlar gülərüz, xoşbəxt görünə bilmir. Bunun müxtəlif səbəbləri var: övlad itkisi, ər itkisi, qardaş itkisi… Tanrı bu itkiləri ömrün ən gözəl çağında bizə yaşadırsa, nəsə deməyə kəlmələr aciz qalır.
Şəhid anası, şəhid bacısı və şəhidin həyat yoldaşı… Onların çöhrəsinə qonan kədəri heç nə ovuda bilmir. Bu bayramda onların da payı var. Təəssüf ki, ən yaxşı halda belə, təsəlli də köməyə gəlmir. Təbii ki, şəhid anası da, şəhid qadını da, şəhid bacısı da qadındır, anadır. Onların da sevgiyə, diqqətə, nəvazişə ehtiyacları var. Həm də lap çox…

Modern.az saytının əməkdaşı Azərbaycanın bir neçə Milli Qəhrəmanı ilə həmsöhbət olaraq, məhz buı gün münasibətilə şəhid analarına, bacılarına, həyat yoldaşlarına xüsusi təbrikləri qələmə alıb.

Milli Qəhrəman Maşallah Abdullayev hər bir şəhid anasının, bacısının, həyat yoldaşının qarşısında baş əydiyini deyib:
“Mənim ən yaralı yerim şəhid anaları, bacılarıdır. Onları xüsusi təbrik edirəm və səbirli olmalarını arzu edirəm. Nə etmək olar! O qardaşlarımızın qismətinə şəhidlik yazılıb. Onlar bizim qəlbimizdə yaşayır və yaşayacaq. Yoldaşları şəhid olan bacılara səbr diləyirəm. Onlara qayğı hər biriminiz borcudur. Hər bir Aərbaycan kişisinin borcudur ki, onları tanıdı-tanımadı qarşılarında baş əysin. Hər bir şəhid anasının, bacısının, həyat yoldaşının qarşısında baş əyirəm. Allah onların hər birinə cansağlığı nəsib etsin”.

Milli Qəhrəban Məhəmməd Həsənov Azərbaycan xalqının şəhid analarını, bacılarını bağrına basıb öpdüyünü deyib:
“Onlara firavanlıq arzulayıram. Hər zaman alınları açıq, üzləri ağ Azərbaycan torpağında yaşasınlar. Şəhid analarımıza, bacılarımıza Allah səbr versin. Ötən ilin aprelində baş verən döyüşlərdə şəhidlik zirvəsinə neçə-neçə oğlumuz yüksəldi. Buna baxmayaraq, tək onların deyil, bütün şəhidlərin analarının, bacılarının, həyat yoldaşlarının qarşısında baş əyirəm. Biz sizə minnətdarıq hər zaman! Şəhid balalarımız analarımız, qadınlarımız uğrunda şəhid olub. Şəhidlər isə ölmür. Vətən sağ olsun. Bütün Azərbaycan qadınına firavan həyat arzulayıram”.


Milli Qəhrəman Fəxrəddin Cəbrayılov şəhid oğulların ailəsində olan xanımları belə təbrik edib:
“8 mart Qadınlar günü münasibətlə bütün Azərbaycan xanımlarını təbrik edirəm. Ötən ilin aprel hadisələri zamanı Azərbaycan ordusu xeyli şəhid verdi. Həmin şəhidlərin ili hələ tamam olmayıb. Amma həyat davam edir. Şəhidlər ölmür. Hər bir şəhid anasına, bacısına, həyat yoldaşına səbr arzulayıram. Başınızı dik tutun! Bayramınız mübarək!”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024