Mobil versiya
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır
Tarix: 07-03-2017 | Saat: 19:00
Bölmə:Gündəm | çapa göndər

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 1-dən 2017-2018-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.
Qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024