Mobil versiya
“Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır” - Azər Badamov
Tarix: 13-03-2026 | Saat: 10:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”

“Avropa İttifaqı Şurasının prezidenti Antonio Costanın ölkəmizə səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır və xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq getdikcə daha da genişlənir:

”Bu səfər ölkəmizlə Aİ arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən vacib ölkələrdən biridir. Bununla yanaşı, nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri və regional əməkdaşlıq məsələləri də müzakirə olunan əsas mövzular sırasında olub. Bu istiqamətlər gələcək əməkdaşlıq üçün ciddi potensial yaradır.


rog.asus.com
Реклама
ROG Zephyrus DUO (2026) ·
Первый в мире двухэкранный
16-дюймовый игровой ноутбук.
Перейти на сайт
Azərbaycan regionda sabitlik və əməkdaşlıq üçün mühüm rol oynayır. Avropa İttifaqı isə Azərbaycan üçün böyük iqtisadi və ticarət tərəfdaşlarından biridir. Ümumiyyətlə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 50 faizi Aİ-yə üzv ölkələrlə həyata keçirilir. Burada ticarət dövriyyəsi əsasən enerji məhsulları üzərində qurulub. Amma qeyri-neft məhsullarımızın da Aİ ölkələrinə ixracı genişlənməkdədir. Ona görə də bu görüş həm iqtisadi, həm də siyasi münasibətlərin dərinləşməsinə müsbət təsir göstərə bilər.

Prezidentlərin mətbuata verdiyi bəyanatlarda səslənən mesajlar əsasən regional sülh və əməkdaşlığın genişləndirilməsi üzərində qurulub. Azərbaycan beynəlxalq tərəfdaşlarla açıq və praqmatik əməkdaşlıq siyasəti aparır. Eyni zamanda Avropa İttifaqı ilə əlaqələrin güclənməsi regionda enerji, nəqliyyat və iqtisadi inteqrasiya layihələrinin daha da inkişafına şərait yarada bilər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026