Mobil versiya
"Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm" - Komitə sədri
Tarix: 11-03-2026 | Saat: 13:03
Bölmə:Karusel / Parlament | çapa göndər

"Kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm"

“Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər. Əkilən satılmalıdır. Əkilən satılmasa, onda fermerin üzü gülə bilməz".

aia.az Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

"Qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, biz onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var,onu buradan idarə edirəm. Hansı dərmanı nə vaxt verilməsini, verilməməsini və digər məsələləri tapşırıram", -deyə komitə sədri bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026