Mobil versiya
Milli Məclisin deputatı  Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçiciləri ilə görüşüb -Fotolar
Tarix: 11-03-2026 | Saat: 12:15
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin deputatı  Səbinə Xasayeva Lökbatan qəsəbəsində seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.

aia.az xəbər verir ki, görüşdə seçicilər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı  çərçivəsində  təşkil edilən  peşə kurslarına cəlb edilmələrinə, yaşadıqları ərazidə xeyir-şər evinin tikintisinin başa çatdırılmasına, abad həyət yaradılması işlərinin davam etdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə, su və kanalizasiya problemlərinin aradan qaldırılmasına, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım göstərilməsinə və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
 
Seçicilərin müraciətləri qeydə alınıb, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026