Mobil versiya
Moskvada Məmmədyarova medal verildi - Foto
Tarix: 07-03-2017 | Saat: 16:46
Bölmə:Siyasət | çapa göndər

Moskvada Məmmədyarova medal verildi - Foto


Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisinin Federasiya Şurası Sədrinin müavini İlyas Maqamed Salamoviç Umaxanov ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində ikitərəfli əlaqələrin səviyyəsindən və əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi.

Nazir Elmar Məmmədyarov ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi qeyd etdi və bu xüsusda qanunverici orqanların fəaliyyətini təqdir etdi.

İlyas Maqamed Salamoviç Umaxanov təmsil etdiyi qurum adından Elmar Məmmədyarova Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə “Federasiya Şurası. 20 il” medalını təqdim etdi. Nazir Elmar Məmmədyarov medala görə Federasiya Şurasına təşəkkürünü bildirdi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5386 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}