Prezident 8 mart münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib
Tarix: 06-03-2017 | Saat: 18:28
Bölmə:Gündəm / Manşet | çapa göndər
Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan və inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyəti var.
"Report" xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.
Təbrikdə deyilir ki, ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız zəngin ictimai-siyasi fəaliyyətləri sayəsində çoxsaylı müvəffəqiyyətlər əldə ediblər. Bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin və təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atıblar. Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün də qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır.
Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş edib. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub yaşadılması bilavasitə onun adı ilə bağlıdır.
Dövlət başçısı təbrikdə bildirir ki, ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirib. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgi ilə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişib. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir.
“İnanıram ki, yüksək mənəviyyatınız və qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız”, - deyə Azərbaycan Prezidentinin təbrikində vurğulanır.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024