Mobil versiya
SOCAR-ın prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri vəzifəsini müvəqqəti icra edən Trayço Traykov ilə görüşüb -Foto
Tarix: 03-03-2026 | Saat: 17:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

SOCAR-ın prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri vəzifəsini müvəqqəti icra edən Trayço Traykov ilə görüşüb

3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Bolqarıstan Respublikasının energetika naziri vəzifəsini müvəqqəti icra edən Trayço Traykov ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrinin enerji sektorunda da uğurla inkişaf etdiyi qeyd olunub. Bu xüsusda, SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının enerji sektorunda əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan–Bolqarıstan İnterkonnektoru (IGB) layihələrinin Bolqarıstana etibarlı və fasiləsiz təbii qaz təchizatının təmin edilməsində rolu xüsusi qeyd olunub.
Görüşdə SOCAR ilə Bolqarıstanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026